Məktəblilərimizin "Əsgər payı"

Cəbhədəki uğurlarımız Azərbaycanın Müzəffər Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir. Şübhəsiz, ordumuzu məğlubedilməz edən “Öncə Vətəndir!” deyən oğullarımızdır. Bəli, Azərbaycan əsgəri ilə Ermənistan əsgəri üz-üzə durdu. Azərbaycan əsgəri öz halal, doğma torpağı uğrunda döyüşdü, üstəlik bu torpaq uğrunda həyatından keçməyi özü üçün şərəf saydı. İgid əsgərlərimiz Prezident İlham Əliyevin sərkərdəsi olduğu, gündən-günə gücləndirdiyi, qayğı göstərdiyi ordumuzun tarixinə yeni şanlı səhifələr yazdılar. Buna görə də hər bir Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir. 44 günlük vətən müharibəsi dövründə böyükdən kiçiyə hər kəs bacardığı qədər əsgərlərimizin qayğısına qalmağa çalışdı. Baxmayaraq ki, onlar dövlət səviyyəsində yetərincə qayğı ilə əhatə olunmuşdu, bu hiss hər kəsin içindən gəlirdi. 7ç sinif şagirdlərimiz və onların valideynləri də sinif rəhbəri Esmiralda Orucəliyevanın köməyi ilə əsgərlərimizə xeyli miqdarda qalın geyim, papaq, corab, şarf və s. alaraq onlara göndərmək qərarına gəldilər. Şagirdlər öz ürək sözlərini və çəkdikləri rəsmləri də əlavə edib, məktublar yazaraq, hazırladıqları payın içərisinə qoydular. Əsgər payları qarlı-boranlı Murov bölgəsindəki əsgərlərimizə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi