"Qələbə bizimdir” mövzusunda dərs

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil qismən bərpa edildi. Mövcud karantin qaydalarına uyğun olaraq məktəbdən ayrılan şagirdlər, bu gün yenidən doğma məktəbdə görüşdülər. Məktəbimizin 2 “Ç” sinif şagirdləri ilk dərslərini “Qarabağ Azərbaycandır!” mövzusuna həsr etdilər. Dərsi giriş sözü ilə Könül Əhmədova açdı. 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Könül müəllimə şagirdlərə şanlı qələbəmizlə bağlı məlumat verərək bildirdi ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək təslim oldu. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni iti qovan kimi öz ərazilərimizdən çıxardı. Daha sonra şagirdllər mövzuya həsr olunmuş çəkdikləri rəsmləri nümayiş etdidilər, şeirlər söylədilər və karatin dövrundə evdə olduqları müddətdə valideynlərinin köməyi ilə hazırladıqları əl işlərini nümayiş etdirdilər. Azərbaycan Türkiyə dostluğu, şəhidlərimizin şəkilləri, işğal olunmuş Azərbaycan rayonları haqqında məlimat və Qarabağın incisi olan Şuşanın maketinin hazırlanmasında Əminə, Nəzrin, Şamxal, Mədinə, Nurlan xüsusi ilə seçildilər. Dərsin sonunda məktəbin direktoru Tahirə Şükürova çıxış edərək şagirdlərə öz təşəkkürünü bildirdi və onları böyük qələbəmiz münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi