"Qəhrəman məzunlarımızı siz də taniyin" layihəsi

44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbələr milli təqvimimizə qırmızı hərflərlə tarixi günlər yazdı. İşğal tarixləri təqvimdən silindi, yerinə qələbə günləri ilə yadda qalacaq 44 günlük bir savaş dövrü yazıldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ancaq bütün bunların hamısı rəşadətli ordumuzun, qəhrəman əsgərlərimizin igidliyi sayəsində baş verdi. Bu gün biz fəxrlə deyə bilərik ki, bu igidlər arasında bizim də yetirmələrimiz, şagirdlərimiz var. 2019-cu ilin məzunu olmuş Hüseynli Həsən Yaşar oğlunu hər birimiz yaxşı tanıyırıq. Çünki Həsən məktəbin mədəni ictimai tədbirlərində fəal iştirak etmişdı. Vətənpərvərlik mövzusunda mahnıların gitarada gözəl ifaçısı kimi yaddaşımızda qalan Həsən Vətən qarşısında da borcunu layiqincə verdi. Belə ki, Vətənin dar günündə Səfərbərlik və Hərbi xidmətə Çağlrış üzrə Dövlət xidmətinin Nərimanov rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. Həmən gündən torpaqlarımızın azadlığı uğrunda döyüşərək Vətən qarşısında öz borcunu layiqincə verən Həsən Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”  və daha 3 medalla təltif edildi. Bu münasibətlə Həsəni, onun ailəsini ürəkdən təbrik edirik! Biz sizinlə fəxr edirik, qəhrəman əsgərlərimiz! Dövlətimizin başçısı İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə demişdi: ”Bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Prezident-xalq-ordu birliyi sayısində qazandıq. Bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.” Səninlə fəxr edirik əziz məzunumuz! Məktəbdə təkcə müəllimlərnin ,sinif yoldaşlarının sevimlisi idin. İndi bütün Azərbaycanımız sənin kimi igid övladları ilə fəxr edir Həsən. Təbrik edirik! Var olsun müzəffər Azərbaycan ordusu və onun Ali Baş Komandanı! Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi