Görkəmli şəxsiyyətlərin həyatından

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist, görkəmli yazıçı, tanınmış ictimai xadim, milli teatr tariximizdə özünəməxsus yeri olan Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olub.

Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səslənmişdir.

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Nağıyevanın rəhbərlik etdiyi 11 “A” sinif şagirdlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir keçirdi.

Tədbirdə Sevil müəllimə Ə.Haqverdiyevin keçdiyi həyat yolu, yaradıcılığı, publisistikası haqqında şagirdlərə ətraflı məlumat verərək bildirdi ki, Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür. Şagirdlər isə sənətkarın müxtəlif əsərləri, əsərlərin qəhrəmanları barədə təqdimatlarını təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi