"Şəhid uşaqlar" haqqında seminar

Bu gün məktəbin Azərbaycan dili müəllimi Elnarə Səfərova 6 "Ç" sinfində “Şəhid uşaqlar” mövzusuna həsr olunmuş maraqlı seminar təşkil etdi. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra müəllimə seminarı giriş sözü ilə açaraq müharibə və onun törətdiyi dəhşətlər haqqında məlumat verdi. Vətən müharibəsindəki qələbəmizdən ətraflı danışaraq sözü uşaqlara verdi. Onlar ilk 20 Yanvar hadisələrinin qurbanı olan Larisa, İlqar, Nəriman haqqında danışdılar. Xocalı faciəsi zamanı həlak olan, valideynlərini itirən uşaqları yada saldılar. Vətən müharibəsi dövründə Bərdə, Gəncə, Tər-tərdə həlak olan körpə balaların xatirəsini ehtiramla andılar, şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi