Görkəmli şəxsiyyətlərin həyatından

Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynayan ictimai-siyasi xadimlərimizdəndir. Bu gün onun həyat və yaradıcılığı, siyasi fəaliyyəti ilə şagirdləri yaxından tanış etmək məqsədi ilə məktəbin tarix müəllimi Lalə Abdullayeva 9 "A" sinfində seminar təşkil etdi. Şagirdlər Lalə müəllimənin rəhbərliyi altında ictimai-siyasi xadim N.Nərimanovun həyatı, ailəsi, siyasi fəaliyyəti, müəllimlik və həkimlik fəaliyyəti haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər. Qeyd etdilər ki, Nəriman Nərimanov zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Onun dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır. Şagirdlər həm də öz çıxışlarında yaşadıqları rayonun Nərimanovun adını daşıdıqları üçün qürur duyduqlarını deyib, rayonumuzun vacib, əhəmiyyətli yerləri haqqında danışdılar. Sonda şagirdlər ədibin həyat və fəaliyyətini əks etdirən videoçarxa tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi