Steam layihəsi çərçivəsində Həmrəylik günü münasibəti ilə "Qarabağ Azərbaycandır" adlı seminar

Microsoft Teams proqramı ilə virtual platformada Bakı şəhəri R.Nəsrəddinov adına 39 saylı tam orta məktəb kollektivinin STEAM təlimi çərçivəsində Azərbaycanın Vətən müharibəsində Böyük Zəfəri və Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda seminar keçirilmişdir.

Seminarda məktəbin 6-cı sinif şagirdlərinin STEAM dərslərində qazandıqları bilik və bacarıqlar əsasında müəllimlər Yaqut Hüseynli, Mətanət Səfərova, Kifayət Orucova və Zəminə Hüseynovanın dəstəyi ilə Tinkercaddan istifadə etməklə hazırladıqları, 27 illik düşmən işğalından azad edilmiş Doğma Qarabağımıza və onun digər güşələrinə həsr olunmuş müxtəlif mövzu və məzmunda videoçarxlar nümayiş etdirilmiş və çıxışlar səsləndirilmişdir.

ktəbin 6a sinif şagirdlərinin hazırladıqları “Ağdam məscidi”, “Şuşa”, “Qubadlı”, 6b sinif kollektivinin hazırladığı “Qarabağın abidələri”, “Qalalar”, “Laçın”, 6c sinif şagirdlərinin  hazırladıqları “Şuşa şəhəri”, “Azərbaycanın hərbi texnikası”, “Şuşa”, 6ç sinif kollektivinin hazırladığı “Azərbaycanın hərbi qüdrəti”, “Xudafərin körpüsü”,“Kəlbəcər”, “Qarabağ mövzusunda video çarxların təqdimatı və şagirdlərin çıxışları tədbir iştirakçılarında xüsusi maraq doğurmaqla, şagirdlərin xüsusi bacarıq və istedadlarını nümayiş etdirməklə yanaşı, həm də məktəbdə yeniyetmə nəslin yüksək vətənpərvərlik və doğma yurda məhəbbət ruhunda tərbiyə olunmasının əyani göstəricisi kimi qiymətləndirilmişdir.

Seminarda məktəbin direktoru Tahirə Şükürova çıxış edərək tədbir iştirakçılarını Vətən Müharibəsində Böyük Zəfər və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bir daha təbrik etmiş, müəllim heyətinin və şagirdlərin əməyini yüksək qiymətlndirərək onlara təşəkkürünü bildirmiş, təhsildə və şəxsi həyatlarında uğurlar arzulamışdır .

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi