Salam, Bütöv Azərbaycan!

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Salam, Bütöv Azərbaycan!” şeir müsabiqəsinin "Qalibimizi birgə seçək" devizi altında mərhələsi sona çatdı. Müsabiqədə məktəbimizi təmsil edən 7 "b" sinif şagirdi Bədəlli Sücəddin Onlayn müsabiqənin şərtlərinə əsasən ən çox bəyənilmə toplayan 3 nəfər arasından seçilərək 3-cü yeri tutmuşdur. Eyni zamanda şeir müsabiqəsinin münsiflər heyəti tərəfindən müəyyən edilmiş qalibləri arasında isə Sücəddin Bədəlli 1-ci yeri, 3a sinif şagirdi Dəniz Nur isə 2-ci yerin qalibi olmuşlar. Şagirdlərimizi ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi