Novruz gəldi yaz gəldi

Milli mənəvi dəyərlərimizi adət ənənələrimizi özündə əks etdirən Novruz bayramı münasibəti ilə davamlı tədbirlər keçirilmişdir.Mart ayının 16-sı məktəbimizin tarixi müəllimi Abdullayeva Lalə və 10 b sinif şagirdləri "Yurdumuza bahar gəlir" adlı bayram şənliyi təşkil etdilər.Bu tədbirdə milli bayramımız olan Novruza xas adət- ənənələrimiz geniş əks olunmuşdur.Bu tədbirdə Novruz bayramında əks etdirən səməni yetişdirmək,papaq atmaq,qulaq falına çıxmaq,tonqaldan tullanmaq,üzük falına baxmaq,yumurta döyüşdürmək,adətləri göstərilmişdir.Burada həmçinin Azərbaycan kinomotoqrafiyasının nadir nümunələrindən sayılan “Dəli Kür” filmlərindən Novruz adət və ənənələri ilə zəngin olan fraqmentlər şagirdlərə nümayiş etdirilmişdir. .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi