Qərbi Kaspi Universitetinə ekskursiya

Bakı şəhəri Nərimanov rayonu R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin kimya müəllimi Yaqut Hüseynli 7, 9 və 10-cu siniflərdən ibarət bir qrup şagirdlə Qərbi Kaspi Universitetinə səfər etmişlər. Səfərin əsas məqsədi Universitetin nəzdində fəaliyyət göstərən Texnoparkla tanışlıq olmuşdur. Qonaqlara Texnoparkın əsas fəaliyyətinin elm və texnologiyanın Robototexnika və digər müxtəlif sahələrinə şagirdlərdə maraq oyatmaq, onlarda innovativ təşəbbüskarlıq ideyalarının ortaya çıxarılması və dəstək verilməsindən ibarət olduğu bildirilmişdir. Həmçinin, məlum olmuşdur ki, Texnopark robototexnika mühəndisliyinə marağı olan məktəblilərdə praktik  baza bilik və bacarıqların formalaşmasına dəstək verir. Ümumi tanışlıqdan sonra qonaqlar Texnoparkın Robototexnika laboratoriyasında oldular. Onlara laboratoriyanın əsas fəaliyyəti barədə geniş məlumat verildi, şagirdlər praktiki çalışmalara cəlb edildilər. Robototexnikaya aid müxtəlif layihələr və konstruksiyalar düzəltdilər. Daha sonra qonaqlar Universitetin müasir elmi standardlara tam uyğun olan Kimya laboratoriyası ilə tanış oldular. Bu ekskursiya şagirdlər üçün çox maraqlı oldu, onlarda müasir elm və texnologiyaya böyük həvəs oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi