Qisas qiyamətə qalmayacaq

Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar BŞTİ-nin tədbirlər planına əsasən bu gün məktəbdə ilk dərslər Xocalı faciəsinə həsr edildi. Məktəbin foyesində şagirdlərin əl işlərindən hazırlanmış sərginin önünə qərənfillər qoyuldu, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Pedaqoji işçilər məktəb rəhbərliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər. Sonra məktəbin akt zalında tarix müəllimi Zəhra Babayevanın 8-ci sinif şagirdləri ilə birgə hazırladığı “Qisas qiyamətə qalmayacaq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Tədbirdə şagirdlərin təqdimatında işğaldan əvvəlki Xocalının qədim tarixi haqqında ətraflı məlumat verildi, Xocalı faciəsinin xronikası və statistik məlumatlar səsləndirildi. Xocalıya ədalət kampaniyası çərçivəsində şagirdlər hazırladıqları bəyənatları müxtəlif dillərdə oxudular. Tədbirdə çıxış edən respublika veteranlar təşkilatı hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və şöbənin mütəxəsisi Nəbi Hacıyev şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verdilər. Sonda məktəbin direktoru Tahirə Şükürova çıxış edərək Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı qətliamının bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi