Xocalını unutmadıq!

Azərbaycan xalqının qan yaddaşına çevrilmiş Xocalı faciəsinin 28-ci ildönümü respublikamızın hər yerində olduğu kimi  məktəbimizdə də anılır. Bu gün Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Nərimanov rayon idarəsinin əməkdaşı Həmid Əlbəndov məktəbimizdə qonaq oldu. Məktəbin hərbi rəhbəri Akif Salahovla birgə X sinif şagirdləri ilə görüş keçirərək Xocalı faciəsi haqqında ətraflı söhbət apardılar. Söhbətdən əvvəl faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra Hərbi rəhbər şagirdlərə Xocalı faciəsinin mahiyyətini, xronikasını şagirdlərə izah etdi. Görüşün keçirilməsinin əsas məqsədi Azərbaycan xalqının və dövlətçiliyinin qorunmasının, onun  ərazi bütövlüyünün təmin edilməsinin əsas qarantı olan Silahlı Qüvvələrimizə sağlam, vətənpərvər ruhlu gənclərin hazırlanması zərurətindən irəli gəlir. Böyüməkdə olan gənc nəsil bu faciəni heç vaxt unutmamalı, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərə daim hazır olmalıdır. Dərsin sonunda Hərbi rəhbər və qonaq şagirdləri maraqlandıran sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi