Memorial Soyqırım Muzeyinə ekskursiya

Xocalı faciəsinin 28-ci ildönümü ərəfəsində şagirdlərimizin uşaq birliyinin rəhbəri Lalə Hüseynova ilə birlikdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil edildi. Muzey bələdçisi bildirdi ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir,tarixi hadisələri özündə əks etdirir. Ekskursiya zamanı şagirdlər tarixən erməni silahlı dəstələrinin Azərbaycanda törətdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmiş zəngin tarixi sənədlərlə, foto və video materiallarla tanış oldular. Ürəkləri parçalayan rəsm əsərləri, bütünlüklə qətlə yetirilmiş ailələrin ürək ağrıdan fotoşəkilləri şagirdlərdə bir daha düşmənə nifrət hissləri oyatdı. Zaman -zaman xalqımızın başına gətirilən faciələrdən təsirlənən şagirdlər muzeyin gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında, düşmənə qarşı nifrət hisslərinin aşılanmasında böyük əhəmiyyətə malik olduğunu bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi