Azərbaycan dili milli varlığımızdır

21 Fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. Məktəbimizdə də bu gün xüsusi olaraq qeyd edildi. 3b, 2a sinfində şagirdlər dilimizin yaranma tarixindən təqdimatlarla çıxış etdilər. Dilimizə həsr olunmuş şerlər söylədilər. Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi