Gənc fiziklərin yaradıcılıq müsabiqəsi

Bildiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədi ilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə əmr imzalamışdı. Bu məqsədlə məktəbin fizika müəllimi Mətanət Səfərova müsabiqənin məktəb mərhələsini təşkil etdi. Məktəbin 9-11-ci sinif şagirdlərindən ibarət 3 komanda müxtəlib mövzular üzrə tədqiqat işləri apardılar. Qalib komandanın praktik işi linzalarda xəyalın qurulması idi. Bu komanda bütün məsələləri düzgün həll edərək proktik işi tam aydınlıqla yerinə yetirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi