Steam təhsil metodu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "STEAM Azerbaijan" layihəsi 2019-2020 tədris ilindən start götürüb. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm(Science), Texnologiya(Technology), Mühəndislik(Engineering), İncəsənət(Art), Riyaziyyatın(Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Bu ilin noyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "STEAM Azerbaijan" layihəsi çərçivəsində ölkəmizdən 50 müəllim beynəlxalq təlimlərdə iştirak etmək üçün İsrailə getmişdilər. Həmin müəllimlərin içərisində məktəbin kimya müəllimi Yaqut Hüseynli də iştirak edirdi. Şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək, həmçinin layihəni məktəbdə tədris prosesinə tətbiq etmək məqsədi ilə 7ç sinfində Yaqut Hüseynli bu yeni metodla dərs keçdi. Dərsin gedişi, şagirdlərin həvəslə iştirakı, onların mühəndislik qabiliyyəti, şagirdlərin qruplarla iş prinsipi, sürətli işləmə bacarığı onların paylaşma və digərinə dəstək olma vərdişləri dərsin əsas prinsipi idi..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi