Sağlam həyat tərzi

Hazırda müasir dövrün ən  aktual məsələlərindən biri şagirdlər arasında sağlam həyat tərzinin təbliği problemidir. Bu məqsədlə bu gün məktəbin biologiya müəllimi Adilə Mirişli seminar təşkil etdi. Seminarda hal-hazırda bütün dünyada  geniş yayılmış müxtəlif viruslardan qorunma yolları, sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlərin aşılanması, şagirdlərin  fiziki və psixoloji sağlamlığının mühafizəsinə aid söhbətlər aparıldı. Dərsin gedişi zamanı həmçinin düzgün qidalanmanın əhəmiyyətini şagirdlər mövsüm meyvələrindən hazırlanmış kompozisiya üzərində nümayiş etdirərək təqdimatla çıxış etdilər. Seminarda  zərərli vərdişlərin  həyatımıza necə mənfi təsir etdiyi barədə fikirlər bildirildi. İçki, narkotik, siqaret çəkmək kimi zərərli vərdişlər həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olması və yolxucu xəstəliklərdən qorunmağın yolları müzakirə olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi