Ümumxalq Hüzn Gününə həsr olunmuş dərslər keçirildi

17.01.2020-ci il tarixdə məktəbdə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirildi. 1-ci sinif şagirdləri də öz növbələrində himn səsləndirib, marş oxuyaraq Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri barədə söhbət açaraq, şəhidləri yad etdilər. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs etdilər. 1Ç sinif müəllimi Könül Əhmədova tərəfindən “Vətən qarşısındakı borcumuzu yerinə yetirmək üçün nə etməliyik?” mövzusunda müzakirələr aparıldı. Müzakirədə iştirak edən məktəbin direktoru Tahirə Şükürova kicik məktəblilərin vətənpərvər çıxışlarından təsirləndiyini deyib onlarla səmimi söhbət apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi