Şagirdlərdə mütaliə vərdişlərinin formalaşması

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə davamlı tədbirlər keçirilir. Mart ayının 11-də məktəbimizdə Klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin əsərlərindən ibarət tədbir təşkil edildi. 3-cü sinif şagirdləri oxuduqları əsərlər əsasında hazırladıqları tədbiri nümayiş etdirdilər.3c sinif şagirdləri sinif rəhbəri T.Gülşənlə birgə şairin həyat və yaradıcılığı haqqında danışmış , Xəmsəyə daxil olan əsərlər haqqında geniş məlumat vermişdilər.3a sinif şagirdləri sinif rəhbəri O.Qumru ilə birgə dahi Nizaminin "Kərpickəsən kişinin dastanı "əsərini,"Fitnəni", 3B sinif şagirdləri H.Zülfiyyə ilə birgə onun aforizmlərindən, hikmətli sözlərindən və "Sirlər Xəzinəsi"əsərindən parçalar danışdı,"Sənsiz"romansından bir hissə ifa elədi.Tədbirdə həm də şagirdlər Nizaminin əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş etdirdilər.Rus bölməsinin 3-cü sinif şagirdləri isə sinif rəhbəri R.Aytənlə birgə S.Marşakın əsərlərindən parçalar danışıb müzakirə etdi və səhnəciklər nümayiş etdirdilər.Tədbirdə məktəbin direktoru Tahirə xanım Şükürova uşaqlarla əsərlər haqqında diskusiya, sual-cavab apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi