Şagirdlərimiz hekaye axşamında iştirak etdi

25 dekabr 2019-cu il tarixdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Mir Cəlal Paşayev adına “Ədibin evi” ilə birgə ADA Universitetinin tələbələri və teatrın yaradıcı heyəti ilə hekayə axşamı təşkil etmişdi. Tədbirə məktəbimizin müəllim və şagird kollektivi də dəvət olunmuşdu. Gecədə görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin, məhşur qələm ustadları Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin hekayələri əsasında səhnələşdirilmiş tamaşalar təqdim olundu. Tədbirin sonunda ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək gənclərin milli-mənəvi dəyərlərimizə belə qiymət verməsinə sevindiyini bildirdi. Onlara, xüsusilə “Ey Vətən!” mahnısını azərbaycan dilində gözəl ifa edən əcnəbi tələbələrə təşəkkürünü bildirdi. Sonda ədibin oğlu Hafiz Paşayev şagirdlərimizlə söhbət etdi və onlarla xatirə şəkli çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi