Valideynlərin məktəbdə bir günü

Dekabrın 18-də “Valideynlərin məktəbdə bir günü” layihəsi çərçivəsində məktəbin VII-IX siniflərinin valideynləri ilə görüş təşkil edildi. Məktbin direktoru Tahirə Şükürova və məktəbin psixoloqu Vüsalə Nəsibova çıxış edərək son dövrlərin qlobal probleminə çevrilmiş "Bullinqə qarşı mübarizə" istiqamətində maarifləndirici söhbət apardılar. Şagirdlərə sağlam mənəvi-psixoloji və tam təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılmasında valideyn və məktəbin əməkdaşlığı haqqında danışdılar. Problemli şagirdlərin valideynləri ilə xüsusi söhbət aparıldı. Valideynlərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış" kompaniyasının videoçarxı nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi