Məndə sığar iki cahan

Billdiyimiz kimi, ölkə Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlər keçirilir. Bu gün məktəbimizdə də bu münasibətlə  il uzunu keçirilən tədbirlərin yekunu olaraq  “Məndə sığar iki cahan” adlı tədbir təşkil edildi. Ədəbiyyat müəllimləri Dilarə Cəfərova və Gülarə Zeynalovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirildi, ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi, şairin əsərləri əsasında bəstələnmiş mahnılar, muğamlar ifa olundu. Mərasimdə iştirak  edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək, böyük mütəfəkkirin zəngin irsinin bu gün  insanların mənəvi-əxlaqi kamilləşməsinə mühüm təsir göstərdiyini vurğulayıb, gözəl çıxışlarına görə şagird və müəllimlərə, məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.

      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi