Ulu Öndər Heydər Əliyevin anım günü

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on altı il keçir. Bu gün respublikamızın hər yerində olduğu kimi məktəbimizdə də H.Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildi. İlk öncə Ümumilli liderin xatirəsi anılaraq büstünün önünə gül-çiçək dəstələri qoyuldu. Sonra məktəbin akt zalında anım mərasimi təşkil edildi. Mərasim ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova çıxış edərək, ulu öndərin tarix boyu qoyduğu izdən, onun siyasi fəaliyyəti və quruculuq işlərindən danışdı. Xüsusi olaraq vurğuladı ki, Azərbaycanın bugünki müstəqilliyi və qüdrəti məhz ulu öndər Heydər Əliyevin siyasəti sayəsində mümkün olub. Azərbaycan bu gün böyük dövlətlər arasında özünə yer tutmuş, qüdrətli, güclü bir dövlətə çevrilib. Bu gün hər bir azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və öz dövləti ilə qürur duyur. Çünki ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Sonra məktəbin direktoru sözü şagirdlərə verdi.4 ”A” sinif şagirdləri Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən prezentasiyalar ilə çıxış etdilər. Dahi şəxsiyyətə həsr olunmuş şeirlər söylədilər. Onun aforizmlərindən nümunələr dedilər. Məktəbin tarix müəllimi Gülüş Səlimova öz çıxışına H.Əliyevin “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir” sitatı ilə başlayaraq dedi ki, H.Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, ulu öndər, ümummilli lider, müstəqil Azərbaycanın qurucusu, xalqının sevimli övladı kimi qalmışdır və qalacaqdır. Sonda Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən "Xalqa bağışlanan ömür" adlı sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi