"Bullinqə qarşı mübarızə" mövzusunda seminar

11.12.2019-cu il tarixdə məktəbin X siniflərində son dövrlərin qlobal probleminə çevrilmiş "Bullinqə qarşı mübarizə" istiqamətində maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə sağlam mənəvi-psixoloji və tam təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, şagird-müəllim, münasibətlərinin düzgün tənzimlənməsi və bu istiqamətdə müvafiq işlərin görülməsi barədə ətraflı söhbət aparıldı. Bu cür seminarların keçırilməsində əsas məqsəd şagirdlərin hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Şagirdlərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış" kompaniyasının videoçarxı nümayiş etdirildi. Uşaqlarla söhbət tərbiyə işləri üzrə direktor müavini və uşaq birliyinin rəhbəri tərəfindən monoloq formatında deyil diskussiya şəklində keçdi. Nəticədə şagirdlər seminarın fəal iştirakçılarına çevrildi. Gələcək günlərdə də məktəbin digər sinifləri və valideynlərlə bu mövzuda görüşlərin keçirilməsi nəzərdə tutulur9

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi