Görkəmli alim Həmid Araslının anım günü keçirildi

“Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli Sərəncamını və Təhsil Nazirliyinin Tədbirlər Planında nəzərdə tutulmuş “Azərbaycan elminin, ədəbiyyatı və incəsənətinin inkişafında böyük xidmətləri olmuş şəxsiyyətlərin anim günlərinin keçirilməsi” bəndinini əsas tutaraq, 6-cı sinifdə ədəbiyyat müəllimi Nəzakət Bayramova akademik Həmid Araslıya həsr olunmuş seminar təşkil etdi. Seminarda şagirdlər görkəmli alim Həmid Araslının çoxcəhətli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən danışdılar. Müəllim N.Bayramova alimin Azərbaycan ədəbiyyatı irsində klassik ədəbiyyat, folklorşünaslıq, mətnşünaslıq, şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatların xüsusi yer tutduğunu vurğuladı. Şagirdlərin mütaliəyə cəlb olunması, onlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi üçün bu cür seminarların təşkili böyük əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi