«Sağlam qidalanaq»
V-VI sinif şagirdlərindən bir qrup Pətək Yeni Nəsil Mənəvi Tərbiyə İctimai Birliyinin təşkil etdiyi «Sağlam qidalanaq» adlı tədbirində iştirak etdilər. Tədbir boyu şagirdlər sağlamlığa zərər verən qidalarla tanış oldular, sağlam qidalanmağın yollarını öyrəndilər. Sağlam həyat tərzi ilə bağlı qruplararası yarışlar keçirildi. Yarışda məktəbimizin şagirdləri ikinci yerə laiq görüldülər.