Xocalı Faciəsi xatirəsinə həsr olunmuş idman yarışıXocalı soyqırımının xatirəsinə həsr olunmuş idman yarışı keçirilib.Məktəbimizin şagirdi Mirkazım Əliyev yaşıdları arasında 1-ci yer tutmuş,medal və diplomla təltif olunmuşdur.
Şahmat yarışıİnsanlar tərəfindən icad olunan şahmat oyunların içərisində həm idmana, həm elmə, həm də incəsənətə yaxındır. O, yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır. Məktəbin IV sinif şagirdi D. Axundov şahmat yarışında növbəti uğur qazanaraq ,diplom və kubokla təltif olunmuşdur.
Şahmat qalibiAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Şahmat Mərkəzinin təşkilatçılığı ilə Şahmat turniri keçirilmişdir. Məktəbin şagirdi Axundov Davud şahmat üzrə təsnifat turnirində qalib gələrək 1 ci yerə layiq görülmüş, medal və kubokla təltif olunmuşdur. Məktəbin direktoru R. Naibova və sinif yoldaşları qalibi təbrik etdilər , uğurlarının davamlı olmasını arzuladılar.