Məktəbimizin daha bir uğuru18 iyun tarixindən etibarən dövlət ümumi təhsil müəssisəsində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinin test imtahanı mərhələsinə start verilibdir.
Bu gün keçirilən sertifikatlaşdırma prosesində daha bir müəllimimiz maksimum nəticə olan 60 baldan 51 bal toplayıb
Məktəbimizin ibtidai sinif müəllimi Rəsullu Səidə imtahandan 51 bal toplayıb. Məktəbimizin müəllimini təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq
Şagirdimizin uğuru İdmançı şagirdlərimizin uğurları cərgəsində bu dəfə məktəbin XI sinif şagirdi F. Baxşıyev yer aldı. O bir neçə turnirdə iştirak edərək Uşu Kunq Fu üzrə 1 ci yer qazanmışdır. Müxtəlif medal və diplomlara layiq görülmüşdür.
Yarımfinalçılar bəlli oldu2023 - cü il 24 dekabr tarixində keçirilən Respublika Fənn Olimpiadasının (RFO) rayon(şəhər) mərhələsinin nəticələri açıqlandı.
Məktəbimizdən 9 nəfər şagird RFO - da iştirak ediblər. Olimpiadanın təşkil edilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
İştirak edən şagirdlərimiz dən 6 nəfəri Respublika Fənn Olimpiadalarının yarımfinal turunun qalibləri seçiliblər.
Kərimli Xanım -tarix
Əlizadə Uğur - riyaziyyat
Hacızadə Fuad-riyaziyyat
Quluzadə Məhdi-kimya
Məmmədova Ayan-riyaziyyat
Talıbova Nərgiz-riyaziyyat
Məktəbin rəhbərliyi şagirdlərimizi, onların valideynlərini, eyni zamanda müəllimlərimizin təbrik edir və növbəti mərhələdə şagirdlərimizə uğurlar arzu edirik