Nailiyyətlərimiz

“Aprel döyüşləri bizim şanlı tariximizdir”05 aprel 2017-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tariximizdir” mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa müsabiqəsinin qalibləri sırasında 34 nömrəli tam orta məktəbin VIIIb sinif şagirdi Zeynalov Ramil II yer ,diplom və Vb sinif şagirdi Ağayeva Fatimə sertifikatla təltif olunmuşdur.

"VƏTƏN" VƏTƏNƏ QIZIL MEDALLARLA QAYIDIB"VƏTƏN" VƏTƏNƏ QIZIL MEDALLARLA QAYIDIB Aprelin 6-dan 10-dək İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə dünyanın ən böyük turnirlərindən olan "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə mərhələ oyunları keçirilib. Yarışlarda "Vətən" RİOEUG futbol məktəbinin 10 yaşlılardan ibarət komandasında məktəbimizin IV a sinif şagirdi Baxşızadə Tural Röyal oğlu da iştirak etmişdir. Samir Əbdürrəhmanovun rəhbərliyi ilə bütün rəqiblərini üstələyən komandamız finalda İstanbulun "Bəylikgücü" komandasını da sıradan çıxararaq "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə mərhələsinin qalibi olub.Turnirdə qazandığı qələbə sayəsində 10 yaşlılarımız Avstriyada min komandanın iştirakı ilə keçirilən dünyanın ən böyük futbol turnirinə vəsiqə qazanıb. Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən pankration, qraplinq və MMA idman növləri üzrə Azərbaycan çempionatında Xb sinif şagirdi Əliyev Ceyhun 69 kq çəkidə II yer, IV İslam Oyunlarının təbliğatı məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Respublika İdman Mərkəzinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Cüdo idman növü üzrə zona yarışında VIIa sinif şagirdi Həsənov Xəyal 34 kq çəkidə III yerə layiq görülmüşdür. Qələbə münasibəti ilə məktəbin direktoru Rəhman Hacıyev şagirdləri təbrik etdi.

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa müsabiqəsiNərimanov rayonunda “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib. 03 may 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, orta ümumtəhsil məktəblərinin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər. Tədbirdə məktəbimizin VIII B sinif şagirdi Rəsulzadə Əmrah III yerə layiq görülmüşdür. Təbrik edirik

HAQQIMIZDA

Bəhruz Sultanov adına 34 nömrəli li tam orta məktəb 1959-cu ildə istifadəyə verilmişdir. 2012-ci ildə əsaslı təmir olunub. Məktəb bir növbəli, 5 günlük iş rejimi ilə işləyir. Məktəb dördmərtəbəli və birtiplidir. Məktəbd...

BİZİM FƏXRLƏRİMİZ

Bəhruz Allahyarov Bəhlul

Arzu Məmmədova Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi