Nailiyyətlərimiz

Məktəbimizin komandası Bakı şəhər məktəbliləri arasında 64 xanalı dama idman növü üzrə III yerə layiq görülüb14 dekabr 2017-ci il tarixdə 4 nömrəli İOEUGİŞM-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında 64 xanalı dama üzrə turnir təşkil olunub keçirilmişdir. Paytaxt məktəblərinin I - XI sinif şagirdlərinin iştirakı ilə komanda xarakteri daşıyan turnirdə III yeri Xəzər rayonunu təmsil edən 323 nömrəli tam orta məktəbin komandası (Rəsulov Simran, Məmmədov Qadir, Əlişov Məhəmməd, Heydərli Məhəmməd, Babazadə Aydan, Qurbanova Aytən) tutmuşdur. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və 4 nömrəli İOEUGİŞM-in direktoru Elvin Hüseynov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar. Yarışda qazanılan nəaliyyətə görə başda 323 nömrəli tam orta məktəbin idman müəllimi Cəfər müəllim olmaqla komanda üzvlərini təbrik edir,növbəti yarışlarda uğurlar arzu edirik!

Məktəbimiz "Dama" idman növü üzrə yarışda I yerə layiq görüldü.24.11.2017-c il tarixində Bakı şəhər Xəzər rayon məktəbliləri arasında keçirilən “Dama” idman növü üzrə yarışında 323 №-li tam orta məktəbin komandası I-yerə layiq görülərək  Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılaraq Bakı şəhər mərhələsinə vəsiqə qazandılar. Komandamızın hər bir üzvünə ayrı-ayrılıqda təşəkkür edirik və uğurlar diləyirik. 1 Məmmədov Qadir Qafar 27.09.2001 X b 2 Rəsulov Simran Azər 29.05.2001 XI a  3 Əlişov Məhəmməd Fazil 01.01.2004. VIII a 4 Səfərli Cəfər Mübariz 18.01.2004. VIII a 5 Nağıyeva Gülay Yasəm 25.04.2004. VIII a 6 Qurbanova Aytən Elşad 13.01.2004. VIII a

Məktəbimizin şagirdi musiqi alətlərində ifa üzrə keçirilən müsabiqənin nəticəsinə görə təltif olundu.Bu gün Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin, Şüvəlan Mədəniyyət Evində 17 Noyabr -Milli Dirçəliş Günü münasibəti ilə Xəzər rayonu məktəbliləri arasında  musiqi alətlərində ifa üzrə keçirilən müsabiqədə qalib gələnlərin təltif olunma tədbiri keçirilib. Müsabiqədə 300-ə yaxın gənc fəal iştirak etmişdir.Onların arasından seçilən 19 nəfər şagirddən 5 nəfəri, xüsusi fəallığına görə seçilmiş,14 nəfər müvafiq yerlə təmin olunmuşdurlar. Məktəbimizin IX b sinif şagirdi Hüseynli Məhəmməd  sintezatorda ifa  üzrə müsabiqənin nəticəsinə görə təltif olundu. Şagirdimizi təbrik edirik! Uğurlarının davamlı olmasını diləyirik!

HAQQIMIZDA

    323 nömrəli tam orta məktəb Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində yerləşir.

   Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) Qala qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkün və qa&cce...

BİZİM FƏXRLƏRİMİZ

Vüsal Əhmədov Akif

Aynur Vəliyeva Çoşqun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi