Nailiyyətlərimiz

Şagirdimizin "Müstəqilliyimiz əbədidir" inşa yazı müsabiqəsində uğuruXəzər rayonu Gənclər və İdman İdarəsi tərəfindən 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı inşa yazı müsabiqəsi keçirilmişdir. Məktəbimizin 10 b sinif şagirdi Məhərrəmova Nübar II yerə layiq görülmüşdür. Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, o cümlədən məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Xəyalə Qasımova N.Məhərrəmovanı təbrik edərək diplomla təltif ediblər. Şagirdimizi təbrik edirik, ona təhsilində uğurlar arzu edirik

Məktəbin voleybol komandası yarışda 3-cü yerə layiq görülübOktyabrın 30-da Xəzər rayonu məktəbləri arasında voleybol idman növü üzrə keçirilən yarışda məktəbin VIII-IX siniflərinin bir qrup qızlarından ibarət komandası 3-cü yerə layiq görülmüşdür.  Qeyd edək ki, məktəbin fiziki tərbiyə müəllimi Tural Əliyevin rəhbərliyi, o cümlədən tarix müəllimi Hikmət Qasımlının nümayəndəliyi ilə yarışda iştirak edən komanda 28 məktəb arasında fəal iştirakı ilə seçilmişdir.  Yarışın sonunda komandanın üzvləri diplomlarla təltif olunublar. Məktəbin direktoru Günay Rüstəmova məktəbi yarışda təmsil edən voleybol komandasının rəhbəri Tural müəllimi, eləcə də, komandanın bütün üzvlərini təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzu etmişdir.

Məktəbimiz "Mini futbol"üzrə yarışda qalib oldu.20 dekabr 2017-ci il tarixində  “COCA-COLA MƏKTƏBLİ KUBOKU”-nun Xəzər rayonu Qala zonası üzrə “ Mini futbol” oyunu 326 nömrəli tam orta məktəbin idman meydançasında keçirildi. Yarışda Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəb;Türkan qəsəbəsi 256 nömrəli tam orta məktəb; Türkan qəsəbəsi 119 nömrəli tam orta məktəb; Qala qəsəbəsi 216 nömrəli tam orta məktəb; Yeni Qala qəsəbəsi 323 nömrəli tam orta məktəb; Qala qəsəbəsi 92 nömrəli tam orta məktəb; Qala qəsəbəsi 185 nömrəli tam orta məktəbin “ Mini futbol” üzrə komandaları iştirak etdilər. Məktəbimizin "Mini futbol” üzrə komandası 119 nömrəli məktəblə oyunu: 0-7 ; 92 nömrəli məktəblə oyunu: 0-9 ; 185 nömrəli məktəblə oyunu: 0-10 hesabla bitmişdir. Qala zonası üzrə keçirilən "Mini futbol" yarışının qalibi 323 nömrəli tam orta məktəbin komandası oldu. Komandanın rəhbəri 323 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Cəfər müəllim olmaqla komanda üzvlərini təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik! Tapdıqov Seymur Maşallah  Əhmədov Vüsal Akif  Həsənov İlkin Nizami  Əkbərov Murad Polad  Kərimli Əli Elşən  Əlişov Hüseyin Fazil  Tatarov Elvin İman  Heydərli Məhəmməd Eldəniz  Əlişov Məhəmməd Fazil  Qasımlı Sirac Qurban İsmayılova Gülər Qədir  İlyasova İnci Mahir

HAQQIMIZDA

    323 nömrəli tam orta məktəb Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində yerləşir.

   Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) Qala qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkün və qa&cce...

BİZİM FƏXRLƏRİMİZ

Pərvanə İsgəndərova Abbas

Hikmət Rəsulov Hüseyn

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi