"Cəsurluq məktəbi" adlı "Açıq qapı" günü keçirilib
28 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təsdiq edilmiş iş Planına əsasən fövqəladə hallar orqanlarında işə maraq göstərən yuxarı sinif şagirdlərini nazirliyin fəaliyyəti ilə tanış etmək məqsədilə növbəti "Cəsurluq məktəbi" adlı növbəti "Açıq qapı" günü keçirilib.
Tədbir qeyd olunan tarixdə Bakı şəhəri, Tbilisi prospekti 121 ünvanında yerləşən FHN Bakı Regional Mərkəzinin inzibati binasında keçirilib.
Tədbirdə Xəzər rayonu 323 nömrəli tam orta məktəbin XI sinif şagirdi T.Aqil və məktəbin hərbi rəhbəri İxtiyar Behbudov da iştirak ediblər.