İbtidai sinif müəllimləri metodbirləşmə iclasında iştirak ediblər
Noyabrın 27-də məktəbin ibtidai sinif müəllimləri üçün metodbirləşmə iclası keçirilib.
İclasda məktəbin direktoru Aybəniz Orucova, ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Arifə Mahmudova və ibtidai sinif müəllimləri iştirak etdilər. İclasda ibtidai siniflərdə fənnlər üzrə keçirilən kiçik summativ qiymətləndirmənin tərtibi zamanı uyğun üsul və vasitələrin seçilməsi müzakirə olundu, o cümlədən qiymətləndirmə materiallarının saxlanılması, şagirdlərin KSQ qiymətlərinin sinif jurnalında və "Məktəbli kitabçası"nda vaxtında qeyd olunması haqqında tapşırıqlar verildi.