"Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində məktəblilər Gəncə şəhərinə yola salınıblar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi bu ildə 13 noyabr 2019 -cu il tarixdə "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Gəncə şəhərinə yola salındılar.
"Ölkəmizi tanıyaq" tur aksiyasında Xəzər rayonu məktəbliləri arasında 323 nömrəli tam orta məktəbin şagirdi Sirac Qasımlı da iştirak etmişdir. Yola salınma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH Başçısının müavini Vüqar Novruzov, RİH Başçısı Aparatının əməkdaşları, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Xəzər rayon komitəsinin sədri, rayon Gənclər və İdman İdarəsinin rəisi, məktəb direktorları və valideynlər iştirak ediblər.
Qeyd edək ki, tur-aksiya çərçivəsində şagirdlər üç gün ərzində Gəncə, Şəmkir, Göygöl şəhərlərinin tarixi abidələrini, görməli yerlərini və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmuşdurlar.