"Sağlamlığa zərərli olan vərdişlər" mövzusunda seminar keçirildi

      10 iyun 2019-cu il tarixində 323 nömrəli tam orta məktəbin VIII b sinfində məktəbin "Sağlamlığa zərərli olan vərdişlər" mövzusunda seminar keçirildi.

Məktəbin biologiya müəllimi Esmira İbrahimova tərəfindən keçirilən seminarda şagirdlər  insanın sağlamlığına bilavasitə zərərli olan tütün, alkoqol, narkotik və s.maddələrin təsiri, eləcə də, insanlarda bu maddələrin təsirindən zamanla formalaşan həm fiziki, həm də psixoloji asılılıq haqqında, bu asılılığa qarşı mübarizə üsulları haqqında məlumat ala bildilər. 

Seminarın sonunda şagirdlər "Alkoqolizm" və "Narkomaniya" mövzularında təqdim olunan sosial çarxı izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi