Böyük summativ qiymətləndirmələrin keçirilməsi davam edir
10 iyun 2019-cu il tarixində 323 nömrəli tam orta məktəbdə böyük summativ qiymətləndirmələrin keçirilməsi davam edib.
Məlumat üçün bildirək ki, 323 nömrəli tam orta məktəbin "Tədbirlər planı"na əsasən 2018-2019-cu tədris ilininin ikinci yarımili üzrə böyük summativ qiymətləndirmələri (BSQ-lərin) məktəbin direktoru Günay Rüstəmova tərəfindən təsdiq olunan cədvələ uyğun olaraq müəyyən tarixlərdə keçirilir. Belə ki, məktəbin IV, IX, XI siniflərində bütün fənlər üzrə, V-VIII, X siniflərində isə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə böyük summativ qiymətləndirmə öncədən yaradılmış komissiyanın nəzarəti altında müvafiq tarixlərdə keçirilir.
Qeyd edək ki, iyunun 4-dən etibarən BSQ-lərin keçirilməsinə başlanılıb.