"Valideynin məktəbdə bir günü" layihəsinin ikinci mərhələsi üzrə görüş keçirilib
29 may 2019-cu il tarixində 323 nömrəli tam orta məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsinin ikinci mərhələsinin icrası məqsədilə valideynlərlə görüş təşkil olundu.
Qeyd edək ki, saat 08:00-dan 08:45-dək valideynlərin təhsil müəssisəsi ilə tanışlığı təşkil olunub.Daha sonra valideynlər 08:50-dən 10:35-ə qədər övladlarının təhsil aldığı siniflərdə dərs dinləmələrində iştirak etmişdirlər.
Saat 11:00-da valideynlər məktəbin direktoru Günay Rüstəmova tərəfindən xüsusi dəvət olunmuş PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin psixoloqları Elçin İmanov və Əziz Kərimin birgə keçirdiyi "Psixoloji seminarda" iştirak ediblər.
Saat 12:30 -da valideylər məktəbin rəsm çəkmək üzrə istedadlı şagirdlərinin əl işləri ilə yaxından tanış olublar.