Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 illiyi münasibətilə tədbir keçirildi
Mayın 27-də 323 nömrəli tam orta məktəbdə 28 May-Respublika Günü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird və valideyn kollektivi iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.Daha sonra məktəbin direktoru Günay Rüstəmovaya çıxış üçün söz verildi. G.Rüstəmova, çıxışı zamanı hər kəsi bu gün münasibətilə təbrik edərək, xalqımızın 101 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə qazandığı ilk müstəqilliyinin əbədi olmasını arzuladı.
Tədbir şagirdlərin fəal çıxışları ilə davam etmişdir.