Gənc bioloqların yaradıcılıq müsabiqəsinin II mərhələsi keçirilib
24 may 2019-cu il tarixində "Gənc bioloqların yaradıcılıq müsabiqəsi"nin II mərhələsi keçirildi. Bakı şəhəri Xəzər rayonu 156 nömrəli tam orta məktəbdə keçirilən müsabiqədə 323 nömrəli tam orta məktəbin "Zirvə" adlı komandası məktəbin biologiya müəllimi Esmira İbrahimovanın rəhbərliyi ilə iştirak edib.
Məlumat üçün bildirək ki, müsabiqənin məktəbdaxili mərhələsinin nəticələrinə görə IX sinif şagirdlərindən Rəsulov Hikmət, X sinif şagirdlərindən Xəlilov Camal, XI sinif şagirdlərindən isə Əzizova Nailə müsabiqənin ikinci mərhələsində iştirak hüququ qazanmışdırlar.
Şagirdlərimizə uğurlar arzulayırıq.