"Bullinq nədir?" mövzusunda seminar keçirildi
22 may 2019-cu il tarixində 323 nömrəli tam orta məktəbin psixoloqu Məlahət Qasımlı tərəfindən 8a sinfində "Bullinq nədir?" mövzusunda seminar keçirildi. Şagirdlər fiziki, psixoloji, kiber, sosial zorakılıq formaları haqqında, o cümlədən də bu zorakılıq formalarına qarşı müdafiə funksiyaları haqqında məlumatlandırıldılar. Seminar zamanı şagirdlər mövzu ilə əlaqədar slayd materialı izlədilər.