"İstedad-2019" devizi altında yaradıcılıq festivalının final mərhələsi keçirilib
Mayın 21-də Şüvəlan Mədəniyyət Evində Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "28 May -Respublika Günü"nə həsr olunmuş Xəzər rayonunun uşaq və yeniyetmələrin arasında "İstedad-2019" devizi altında yaradıcılıq festivalının final mərhələsi keçirilib. 323 nömrəli tam orta məktəbin 10 b sinif şagirdi Alışov Aynəddin qeyd olunan festivalın final mərhələsinə vəsiqə qazanaraq məktəbin psixoloqu Məlahət Qasımlının rəhbərliyi ilə tədbirdə fəal iştirak edib.
Qeyd edək ki, tədbirdə münsiflər heyətinin qərarına əsasən, A.Aynəddin musiqi alətimiz olan saz üzrə ifasına görə fərqlənmə diplomu ilə təltif olunub.
Şagirdimizi təbrik edərək, ona uğurlar arzulayırıq.