"Yeniyetmələrin reproduktiv sisteminin anatomiyası və fizioloji xüsusiyyətləri" mövzusunda seminar keçirildi

Mayın 13-də məktəbimizin 6-cı sinif şagirdlərinin qızları üçün "Yeniyetmələrin reproduktiv sisteminin anatomiyası və fizioloji xüsusiyyətləri" mövzusunda seminar keçirildi.
Seminarda ilk əvvəl uşaqların inkişaf mərhələlərinin əhatə olunduğu yaş dövrləri izah olundu. Daha sonra yeniyetməliyin uşaqlıq və yetkinlik arasında keçid dövrü olduğu vurğulandı. Yeniyetməlik dövrünün insanın həyatında sürətli fiziki inkişaf, o cümlədən psixoloji, emosional, intellektual, mədəni və mənəvi inkişaf ilə səciyyələnən dövrünü əhatə etməsi qeyd olundu. Bununla əlaqədar slayd materialı izləndikdən sonra şagirdlərə xüsusi  material paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi