Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının məktəbdaxili mərhələsi keçirildi

4 may  2019-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi  təşkilatçılığı ilə  Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının məktəbdaxili mərhələsi keçirildi.

323 nömrəli tam orta məktəbdə də keçirilən olimpiadada məktəbin  V-VI sinif şagirdləri  iştirak edib. Nəzarətçi müəllimlərin iştirakı ilə imtahan təlimata uyğun olaraq səhər saat 09:00-da başlayıb,1 saat yarım (90 dəqiqə) müddətində davam edib. Şagirdlər  qeyd olunan vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar.

Sonda məktəb rəhbərliyinin xüsusi nəzarəti altında şagirdlərin sual kitabçaları toplanılmışdır.

Qeyd edək ki, ilk turda uğur qazanan şagirdlərimiz olimpiadanın final mərhələsinə vəsiqə qazana biləcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi