"İtirilmiş vicdan" mövzusunda debat keçirilib
3 may 2019-cu il tarixində məktəbin 7a və 7b sinifləri arasında "İtmiş vicdan" mövzusunda debat keçirilib.
Debatda məktəbin direktoru Günay Rüstəmova, məktəbin kitabxana müdiri Vüsalə İsmayılova, ibtidai sinif müəllimləri Arifə Mahmudova, Şöhlə Həsənova, Gülyaz Nəsibova ,Çiçək Allahverdiyeva iştirak ediblər.
İlk öncə məktəbin Azərbaycan dili müəllimi Almara Həsənova keçirilən debatın mövzusunun rus yazıçısı Mixail Saltıkov-Şedrinin qələmə aldığı "İtmiş vicdan" əsəri əsasında keçiriləcəyini qeyd edərək, əsər haqqında qısa olaraq məlumat verdi.
Debatda iştirak edən 7-ci sinif şagirdlərinin maraqlı fikirləri dinlənilib.