Aprel döyüşlərində şəhid olanların xatirəsi anıldı

2 aprel 2019-cu il tarixində tədris gününün birinci növbəsində təhsil alan 323 nömrəli tam orta məktəbin şagirdlərinin sıra düzülüşündə hər gün olduğu kimi Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.

Daha sonra məktəbin direktoru Günay Rüstəmova həm Kəlbəcərin işğalından 26 ilin ötməsi haqqında, həm də tarixə "Dörd günlük müharibə" kimi düşən Aprel döyüşləri haqqında çıxış etdi.
Aprel şəhidlərinin əziz ruhları bir dəqiqəlik sükutla yad edildi.
Məlumat üçün bildirək ki,  Aprel döyüşlərinin 3-cü ildönümü ilə əlaqədar 31 mart 2019-cu il tarixində 323 nömrəli tam orta məktəbin rəhbərliyi, o cümlədən müəllim və şagirdlərindən ibarət bir qrupu Aprel döyüşlərində şəhid olan heykəltəraş, Samir Kaçayevin Şamaxı şəhərinin Məlhəm kəndində yerləşən məzarını ziyarət ediblər. Şəhidin məzarı önündə şagirdlərimiz yazıçı, pedaqoq Mahir Nəbiyevin Samirə həsr etdiyi şeirlərini söylədilər, eyni zamanda şəhidin ruhuna dualar oxundu.
Daha sonra şəhidin valideynlərinin dəvəti ilə Şamaxının Çuxuryurd kəndində yerləşən onun doğulub böyüdüyü ev də ziyarət olundu. Samirin anası Əminə xanım onunla bağlı xatirələrini bölüşdü. Onu da qeyd edək ki, şəhidin valideynləri Samirin gənc yaşda başqa səbəblərdən deyil, məhz Vətən uğrunda gedən döyüşlərdə şəhid olduğuna görə qürur hissi keçirdiklərini bildirdilər.
Allah bütün şəhidlərə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi