Azərbaycanlıların soyqırımından 101 il ötür
Azərbaycanlıların soyqırımından 101 il ötür.
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.
31 mart 2019-cu il tarixində 323 nömrəli tam orta məktəbin rəhbərliyi, o cümlədən müəllim və şagirdlərindən ibarət bir qrupu 1918-ci illərdə törədilən soyqırımda azərbaycanlıların köməyinə gələn və döyüşlərdə şəhid olan 1130 türk əsgərlərinin xatirəsinə Qobustan rayonunda ucaldılmış abidəni ziyarət etdilər.