"Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda dərs keçirildi
27 fevral 2019-cu il tarixində Bakı şəhəri 124 nömrəli tam orta məktəbin akt zalında ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə dair növbəti dərs keçirildi.
Bakı şəhəri H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tərəfindən keçirilən dərsin mövzusu "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" olub.
Qeyd edək ki, dərsdə məktəbimizin direktoru Günay Rüstəmova, məktəbin psixoloqu Məlahət Qasımlı, ingilis dili müəllimi Rüstəmova Tərlan və məktəbin 10-cu və 11-ci sinif şagirdləri iştirak etdilər.
Dərsdə, həmçinin Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar məktəbimizin 11a sinif şagirdi İbrahimli Ülviyyə "Ötən 27 il" mövzusunda məruzə ilə çıxış edib.