Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi keçirilib
22 fevral 2019-cu il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı soyqırımının iyirmi yeddinci ildönümü münasibətilə "Xocalı soyqırımını unutma" mövzusunda növbəti ənənəvi rəsm sərgisinin mükafatlandırma mərasimi keçirilib.
Məlumat üçün bildirək ki, Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsində məktəbimizin XI sinif şagirdi Tanrıverdiyeva Nuranə iştirak edərək fərqlənmə diplomu ilə təltif olunub.
Şagirdimizi təbrik edirik, eyni zamanda da ona gələcəkdə uğurlar arzu edirik.