"Xocalı harayı" mövzusunda tədbir keçirildi
20 fevral 2019-cu il tarixində məktəbin 4 b sinfində Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar olaraq "Xocalı harayı" mövzusunda ədəbi-bədii kompozisiya keçirildi.
4b sinfinin sinif rəhbəri Həsənova Şöhlə müəllimin rəhbərliyi ilə təşkil olunan kompozisiyada ilk öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin bədii hissəsində şagirdlər Xocalı şəhidlərinə həsr olunmuş şeirlər səsləndirdilər. Həmçinin, şagirdlər "Xocalı soyqırımı"na aid çəkdikləri rəsmləri nümayiş etdilər.