Məktəbimizdə "Valideynin məktəbdə bir günü" layihəsi davam edir
20 fevral 2019-cu il tarixində "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində məktəbin V sinif şagirdlərinin valideynləri saat 12:00-da məktəbimizi ziyarət etmişdirlər.
İlk öncə valideynlər məktəb rəhbərliyi tərəfindən keçirilən "Müəllim-şagird-valideyn üçbucağı" adlı seminarda iştirak etmişdirlər.
Seminarda məktəbin direktoru Rüstəmova Günay,təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira.məktəbin psixoloqu Qasımlı Məlahət, 5-ci siniflərin sinif rəhbərləri və fənn müəllimləri də iştirak ediblər. Valideynlər məktəb mühiti ilə tanış olmaqla yanaşı, tədris prosesinin təşkili istiqamətləri haqqında məlumat əldə ediblər.
Eyni zamanda valideynlər cari tədris ilinin birinci yarımilində övladlarının topladıqları bal və qiymətlər ilə tanış olublar.
Həmçinin, onlar 2018-2019-cu tədris ilinin birinci yarımilində məktəbdə görülmüş işlər haqqında təqdim olunan slay materialını izləmişlər.
Daha sonra tədbirin bədii hissəsi keçirildi.Bu hissədə seminarın əsas iştirakçıları olan valideynlər, məktəbin VI,VII və IX sinif şagirdlərindən ibarət bir qrupun ifasında "Ana dili"nə həsr olunmuş şeir və mahnıları dinlədilər.
Seminar bitdikdən sonra V siniflərdə valideynlər tərəfindən dərs müşahidələri aparıldı.